ABŞ bombardmançılarına görə Rusiya qırıcısı havaya qalxdı

 

Rusiyanın Su-27 qırıcısı Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B strateji bombardmançı təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzində məlumat verilib.

Qeyd olunub ki, Rusiya qırıcısının ekipajı hava hədəflərini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B strateji bombardmançı təyyarəsi kimi təsnif edib.

Rusiya Federasiyasının dövlət sərhədinin pozulması halları qeydə alınmayıb.

Həmçinin Rusiya Federasiyasının Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzi xarici hərbi təyyarələrin Rusiya Federasiyasının dövlət sərhədindən çıxarılmasından sonra rus qırıcısının öz baza aerodromuna qayıtdığını bildirib.

0.18277597427368