Bayden F-16 qırıcılarının Ukraynaya verilməsinə razıdır

 

ABŞ Prezidenti Co Bayden və onun administrasiyasının üzvləri reeksport çərçivəsində Ukraynanın maraqlarına uyğun olaraq NATO müttəfiqlərinə F-16 qırıcılarının təhvil verilməsinə icazə vermək niyyətindədir. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə "CNN" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. 

Mətbu orqanın yaydığı məlumata görə, hazırda Bayden administrasiyasına Qərb müttəfiqlərindən F-16 qırıcılarının reeksportu ilə bağlı müraciət olunmayıb.

Mayın 17-də Ağ Ev F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü ilə bağlı yeni təfərrüatları açıqlamaqdan imtina edib. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi digər ölkələrin Kiyevə F-16-ların verməsinə etiraz etmir. 
 Mürtəza
Demokratikmusavat.com

0.15515995025635