Xərçəng xəstəliyinə tutulan məşhur qocalar evində VƏFAT ETDİ

 

ABŞ-ın məşhur "Ulduzlarla rəqs" teleşousunun 30-a yaxın mövsümündə münsif olmuş Len Qudman 78 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, xəbəri Qudmanın meneceri təsdiqləyib.

"Len şənbə günü axşam Kentdəki qocalar evində vəfat edib. O, sümük xərçəngindən əziyyət çəkirdi. O, bütün xəstəliyi boyu yumor hissini qoruyub saxladı. Qudman əsl centlmen idi"-deyə menecerinin açıqlamasında bildirilir.

İngiltərədə yayımlanan "Strictly Come Dancing" proqramında da münsiflər heyətinin üzvü olan Qudman 2022-ci ilin noyabrında "Ulduzlarla Rəqs" müsabiqə proqramının baş münsifi vəzifəsini tərk edib.

0.20310187339783