Kiyevə verilən “MiQ-29” qırıcılarının bəziləri ehtiyat hissələri üçün sökülür

 

Polşa və Slovakiyanın bu yaxınlarda Ukraynaya təhvil verdiyi MiQ-29 qırıcılarının bəziləri uçmaq üçün yararlı deyil.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.

Qeyd olunub ki, Polşa və Slovakiya son həftələr ərzində Ukraynaya təxminən səkkiz “MiQ-29” qırıcısı təhvil verib. Belə ki, bu qırıcıların çoxunun uçuş üçün yararlı olmadığı məlum olub. Nəticədə təyyarələr ehtiyat hissələri mənbəyi kimi istifadə olunur.

Bundan əlavə, bəzi təcrübəli ukraynalı hərbi pilotlar hakimiyyətin “F-16” qırıcıları əldə etmək cəhdlərinə şübhə ilə yanaşdıqları bildiriblər.

0.25709295272827