Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 420 nəfərə çatıb

 

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən silahlı qarşıdurmalarda 420 nəfər həyatını itirib.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib.

Qeyd olunub ki, silahlı qarşıdurmalarda 3 700 şəxs yaralanıb.

Bundan əvvəl Sudan Həkimlər İttifaqı bildirib ki, ölkədə silahlı toqquşmaların başlamasından bəri 260-dən çox dinc sakin ölüb, 1500 nəfər yaralanıb və 20 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

0.1536340713501