Qərb silahları ləngidir, nəticədə Ukrayna əsgəri ölür - Zelenski şikayətləndi

 

Qərb ölkələrinin Ukraynaya silah verilməsi prosesinin ləngidilməsi, Silahlı Qüvvələrin canlı qüvvəsinin itkilərinın artmasına səbəb olur.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında videomüraciəti zamanı deyib. 

“Hər dəfə biz eşidirik ki, vəd edilmiş silah tədarükü ləngiyir. Hər dəfə Ukrayna üçün uzaq məsafəni vuran silah növü və ya digər keyfiyyət xüsusiyyətlərə malik silahların verilməsində tərəddüdlərin yaranması nəticə etibarı ilə Ukrayna əsgərlərinin canını verdiyi anlamına gəlir”, - Zelenski qeyd edib.

Zelenski bildirib ki, Kiyev Ukraynaya hərbi yardımla bağlı Qərb müdafiə nazirləri qrupunun növbəti görüşünə hazırlaşır.

“Biz artıq “Ramştayn” formatında növbəti görüşə hazırlaşırıq. Biz döyüş meydanında perspektivlərə cavab verən konkret əsaslandırılmış qərarlar gözləyirik”, - deyə o vurğulayıb.  

Bundan əlavə, o, Qərb ölkələrini silah və mərmilərin verilməsində mümkün qədər fəal olmağa çağırıb.  

0.24998497962952