Putin və ətrafı depressiyada - Kremlin sabiq əməkdaşından ilginc açıqlama

 

Putinin ətrafı Haaqa Məhkəməsinin onun həbsinə order verildikdən sonra depressiyaya düşüb.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu “Radio NV”yə müsahibəsində Kremlin keçmiş işçisi, politoloq Abbas Qalyamov  deyib.

Onun sözlərinə görə, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin məlum həbs qərarından sonra Putinin yaxın ətrafı şokdadır.

Siyasi strateqin fikrincə, rus diktatorunun əhatəsində olan hər kəs o andan başa düşüb ki, Putinin əmrinə tabe olarsa, cinayətin ortağı olur və onunla birlikdə məhkəməyə gedəcək.

Politoloq onu da əmin edib ki, buna görə Putinin ətrafında “dəhşətli depressiya” başlayıb, amma heç kim “kənara da çəkilə” bilmir, çünki Putin bunu vətənə xəyanət kimi qəbul edə bilər və “Noviçok”dan istifadə olunacaq.

"Belə bir vəziyyətdə isterik olan Putin, şübhəsiz ki, onlara aman verməyəcək. Deməli, qorxu var, qorxu onları iflic edir. Onlar hazırda çaşqındırlar və nə edəcəklərini bilmirlər.Hazırda onların yaşamaq strategiyası yoxdur”,- deyə siyasi strateq hesab edir.

Mürtəza
Demokratikmusavat.com

0.16595911979675