Elon Mask: "Bütün dövlət qurumlarının məlumat bazalarına daxil ola bilirəm"

 

Dünyanın ən varlı adamlarından biri olan “SpaceX”in qurucusu Elon Mask qalmaqallı açıqlamalar verib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin “Fox News” kanalında qonaq olan Mask yeni aldığı sosial şəbəkə platforması “Twitter” haqqında danışıb.

Mask bəyan edib ki, bütün dünyada dövlət qurumlarının məlumat bazalarına giriş əldə edə bilir. 
Aparıcının "Bura şəxsi mesajlar daxildirmi?" sualına qısa tərəddüddən sonra “Bəli” deyib.

Maskın açıqlamalarına reaksiya olaraq bir çox istifadəçi “biz bunu artıq bilirdik” desə də, bəzi istifadəçilər bunun etik olmadığını söyləyiblər.

Günay

0.18774199485779