Nusret Gökçedən dünya mediasını zəbt edən şok etiraf: “Məktəbə gedə bilmədim…”

 

Dünyaca məşhur sosial media fenomeni Nusret Gökçe növbəti bir hərəkəti ilə dünya sosial mediasının gündəmini zəbt edib.

“Məktəbə gedə bilmədim, təhsil çox önəmlidir”.

Nusret Gökçe Bostonda açdığı restoranda bütün tələbələrə 30 faiz endirim edəcəyini açıqlayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bundan öncə Nusret Türkiyədə baş verən zəlzələ nəticəsində dünyanı zəlzələdən zərərçəkənlərə yardım etməyə çağırması ilə yaddı qalıb. Özü isə zərərçəkənlərə 1,3 milyon dollar bağışlayıb, 5 min insana yemək paylayıb. 

Nusret bu dəfə Harvardın qarşısında poza verərək çəkdirdiyi foto və tələbələrinə 30 faiz endirim edəcəyi ilə gündəmi zəbt edib.

Harvard qarşısında foto çəkdirən 39 yaşlı Nusret Gökçe sosial mediada bunları yazıb: “Mən məktəbə gedə bilmədim, təhsil çox dəyərlidir. Boston Nusr-Et restoranında bütün tələbələrə 30 faiz endirim”.

Onun bu hərəkəti bəzi istifadəçilər tərəfindən bəyənilsə də, bəzi istifadəçilər tərəfindən tənqid edilib. Bəzi sosial media istifadəçiləri onu “bəzi tələbələrə niyə təqaüd vermirsiniz?”, “hələ bahadır”, “Universitet tələbələrinin pulu yoxdur?”, “Sən təqaüd verməlisən” kimi şərhlər yazanlar  da var.



Mürtəza
Demokratikmusavat.com
0.20325207710266