Brüsseldən Bakı və İrəvana çağırış

 

Avropa İttifaqı (Aİ) aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində Dığ kəndi ərazisində baş verən təxribatda hər iki tərəfin verdiyi qurbanlardan təəssüfünü bildirir.

Demokratikmusavat.com ” xəbər verir ki, baş verən hadisə ilə bağlı Aİ-nin xarici siyasət xidməti məlumat yayıb. 

“Bu hadisə bir daha vurğulayır ki, sərhədin delimitasiyası olmadığı halda 1991-ci il xəttinə riayət edilməli, oxşar hadisələrin təkrarlanmaması üçün hər iki tərəfin qüvvələri bu xətdən təhlükəsiz məsafəyə çəkilməlidir.

Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklərə hörmət edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası üzrə danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır.
Biz tərəfləri təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışımızı təkrar edirik. Aİ bu səyləri, o cümlədən ən yüksək səviyyədə, eləcə də Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə dəstəkləməyə davam edir”, - Aİ Xarici Xidmətinin yaydığı məlumatda deyilir.

Mürtəza
Demokratikmusavat.com

0.17379212379456