Aİ müdafiə nazirləri Ukraynanı müzakirə ediblər

 

Martın 7 və 8-də Stokholmda Aİ-nin 27 ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşü keçirilib. Görüşdə bütün növ silahların istehsalının artırılması və Ukraynaya daha çox mərmi göndərilməsi imkanları müzakirə olunub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən İsveçin rəsmi saytında məlumat verilib.

İclasda NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna mətbuatının yazdığına görə, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov iştirak edib.

0.18768811225891