“Anatoli Çubays “xarici agent” elan edilməlidir”.
"Ölkə.az" xəbər verir ki, bu təkliflə Rusiya Dövlət Dumasının deputatı, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komissiyasının üzvü Biysultan Xamzayev çıxış edib.
Onun sözlərinə görə, hazırda Rusiyanın Ədliyyə Nazirliyinə bununla bağlı müraciət hazırlanır.
B. Xamzayev həmçinin onun barəsindəki korrupsiya faktlarının araşdırılmalı olduğunu da deyib.
Qeyd edək ki, 68 yaşlı Anatoli Çubays 1991-ci ildən 2022-ci ilə qədər Rusiyada müxtəlif yüksək vəzifələrdə işləyib. Son olaraq isə o, Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olunması məqsədilə beynəlxalq təşkilatlarla əlaqələr üzrə nümayəndəsi xüsusi nümayəndəsi işləyib.