BMT baş katibinin köməkçisi, qurumun Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç mayın 5-də Ermənistana dördgünlük səfərə gəlib.
Demokratikmusavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi BMT-nin İnkişaf Proqramının Ermənistan hökuməti ilə tərəfdaşlığını müzakirə etməkdir.
Məlumata görə, Jivkoviç səfər çərçivəsində Qeqarkunik, Tavuş, Ararat, Vayots Dzor və Sünik bölgələrinə səfər edəcək.
O, Ermənistan parlamentinin spikeri, Ermənistan baş nazirinin müavini və Ermənistan xarici işlər nazirinin müavini ilə görüşəcək.