Quterreş Ukraynaya səfəri barədə Rusiya XİN-i məlumatlandırıb

 

BMT-nin baş katibi Antonio Quterreş Kiyevə səfərindən əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin ilə telefonla danışaraq Ukraynaya səfəri barədə ona məlumat verib.

Demokratikmusavat.com xəbər verir ki, bunu çərşənbə axşamı keçirdiyi brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.

"Səfərdən əvvəl o, Rusiya xarici işlər nazirinin müavini Verşininlə söhbət edib. O, söhbət zamanı Ukraynaya gedəcəyini bildirib", - deyə Haq bildirib.

Verşinin Rusiya Federasiyası üçün taxıl sazişi üzrə əsas danışıqlar aparan şəxsdir və onun uzadılması Quterreşin Ukraynaya səfərinin əsas mövzusu olacaq.

0.21167302131653