ABŞ Rusiyaya yeni sanksiya tətbiq edəcək

 

ABŞ Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə - fevralın 24-də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edəcək.

Demokratikmusavat.com xəbər verir ki, bunu dövlət katibinin müavini Nuland bildirib.

"Biz həmçinin Çində yerləşən şirkətlərə və ya sanksiyalardan yayınmaq üçün tədbirlər gördüklərinə inandığımız Avropadakı Çin müəssisələrinə təzyiqi artıracağıq" Nuland deyib.

Eyni zamanda, Reuters-in məlumatına görə, Aİ ölkələri yenidən Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyiblər, danışıqlar fevralın 24-də bərpa olunacaq.(APA)

0.16044902801514