Pulun geri qaytarılmasını gözləyirik

 

ABŞ-ın F-35 qərarı birtərəflidir.

 Demokratikmusavat.com “Hürriyət” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-lı həmkarı Blinkenlə birgə mətbuat konfransında deyib.

O, ABŞ-a ödənilən pulun Türkiyəyə geri qaytarılması gərəkdiyini deyib:

“F-16-ların alınması üçün iki ölkənin NATO üzvlüyünü şərtləndirmək düzgün yanaşma olmaz. Bu məsələdə vahid mövqe nümayiş etdirmək çox vacibdir. Biz F-35 proqramının tərəfdaşları idik. Biz CAATSA sanksiyasına əsasən uzaqlaşdırıldıq. Ödədiyimiz pulun geri qaytarılmasını gözləyirik. Bunun üçün danışıqlar davam etdirilir”, - deyə o əlavə edib.

ABŞ Dövlət katibi Entoni Blinken isə açıqlamasında F-16 məsələsində Bayden administrasiyasının Türkiyəni dəstəklədiyini söyləyib.

Qeyd edək ki, E.Blinken fevralın 19-u Türkiyəyə səfər edib.

0.50557899475098