Azərbaycanda əhalinin nominal gəlirləri artıb

 

2023-cü ilin yanvar ayında Azərbaycanda əhalinin nominal gəlirləri 5 379,2 milyon manat təşkil edib.

“Demokratikmusavat.com ” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

Sözügedən dövrə əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 531 manat olub ki, bu da illik müqayisədə 14,3% çoxdur.

0.19246101379395