Şimali Koreya ard-arda ballistik raketlər atdı

 

Şimali Koreya yerli vaxtla saat 06:59 və 07:10-da Yapon dənizi istiqamətində iki ballistik raket atıb.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket sınaqları keçirdiyini bildiriblər.

Yaponiyanın xüsusi iqtisadi zonası xaricinə düşən qısa mənzilli ballistik raketlər (SRBM) bölgədə ciddi xəsarətə yol açmayıb.

Baş nazir Kişida Fumio BMT Təhlükəsizlik Şurasını Şimali Koreyanın raket sınaqları ilə bağlı iclasın keçirilməsini təklif edib.

Cənubi Koreya Baş Qərargahı da raketlərin Sukçon bölgəsindən buraxıldığını, birincinin 390 kilometr, ikincisinin isə 340 kilometr havada getdiyini açıqlayıb.

Bildirilir ki, Şimali Koreya 2022-ci ildə 37 sınaqda 90-a yaxın müxtəlif növ raketlər atıb. 2023-cü ilin əvvəlindən indiyədək isə bu, 3-cü sınağıdır.

0.17196393013