Paralel.az " xəbər verir ..."> Paralel.az " xəbər verir ...">

Dünya və Avropa çempionu karyerasını başa vurub

 

İspaniya millisinin sabiq futbolçusu Fernando Lyorente peşəkar karyerasını başa vurub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə veteran hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, 38 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Fernando Lyorente karyerası ərzində ölkəsinin "Atletik", "Sevilya" və "Eybar", İtaliyanın "Yuventus" və "Napoli", həmçinin İngiltərənin "Suonsi" və "Tottenhem" komandalarının formalarını geyinib. Keçmiş forvard İspaniya yığması ilə 2010-cu ildə dünya, 2 il sonra isə Avropa çempionu olub.

0.13111996650696