Dağıntılar altında 2 ay sağ qalan da olub: ən çox yaşayanlar...

 

Türkiyədə baş verən və 10 şəhərdə dağıntı və tələfata səbəb olan güclü zəlzələnin 10-cu günüdür.

Demokratikmusavat.com  xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələdən 200 saat sonra hələ də bir neçə nəfərin sağ tapılması və ya dağıntı ərazilərində həyat əlamətlərinin aşkar edilməsi hallarına rast gəlinir.

Bununla belə mütxəssislər zəlzələ dağıntıları altında insanların 4-5 sutka, qida və su çatdırılarsa, maksimum 12-15 gün qala biləcəyini söyləyir.

Realda isə dağıntılar altında uzun müddət yaşayan insanlar olub-olmaması bir çoxlarını maraqlandırır.

Bu vaxta qədər dağıntılar altında ən uzun yaşama müddəti Cənubi Koreya, Pakistan və İranda qeydə alınıb.

Belə ki, 1995-ci ildə Seulda (Cənubi Koreya) zəlzələ nəticəsində univermağın dağılmasından 16 gün sonra Park Seunq Hyun dağıntılar altından çıxarılıb.

2004-cü ilin yanvarında isə 90 yaşlarında olan iranlı Şahr-Banu Mazandarani Bəm zəlzələsindən (6.6 bal) sonra evinin dağıntıları altında doqquz gün sonra xilas edilib.

Dağıntılar altında ən uzun yaşayan şəxs isə Kəşmirdə aşkarlanıb. Belə ki,2005-ci ilin dekabrında baş verən zəlzələdən iki ay (63 gün) sonra Kəşmirdə 40 yaşlı qadın tapılıb.

Yerli sakinlər evin mətbəxində tapılan qadının əvvəlcə ölü olduğunu düşünüblər. Çünki Nəqşə Bibi adlı qadının tapıldığı ərazi hərəkət edə bilməyəcəyi qədər kiçik olub. O, tapılanda əzələlərinin 80-ni itirmiş, bədəni qurumuşdu.

Zəlzələnin 9-cu günündə dağıntılar altından sağ insanların tapılması ilə artıq Türkiyə də bu siyahıya daxil olub.

Billurə

0.1562671661377