Blinken İsraildə İran-Rusiya hərbi əməkdaşlığını müzakirə etdi

 

ABŞ dövlət katibi Entoni Blinken İsrail rəsmiləri ilə Rusiya və İran arasındakı hərbi-texniki əməkdaşlığı, eləcə də Ukraynaya dəstək verilməsi məsələsini müzakirə edib.

Demokratikmusavat.com xəbər verir ki, dövlət katibi rəsmi səfərdə olduğu Yerusəlimdə keçirdiyi mətbuat konfransında təmasları barədə danışıb.

Onun sözlərinə görə, tərəflər İranın sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və onlara qarşı mübarizə aparmaq üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

E.Blinken qeyd edib ki, İsrail rəsmiləri ilə Tehranın Moskva ilə güclənən əlaqələrini və onların mübadilə etdikləri müasir silahları, eləcə də Ukraynanın bütün ehtiyaclarının - humanitar, iqtisadi, təhlükəsizlik ehtiyaclarının ödənilməsinin və bu səylərə dəstək verilməsinin vacibliyini müzakirə ediblər.

0.22279500961304