“Taxıl dəhlizi” ilə daşınan yüklərin həcmi açıqlandı

 

“Taxıl dəhlizi” çərçivəsində avqust ayından bu yana Ukrayna limanlarından 585 gəmi yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu açıqlama yayıb.

Karaismailoğlu, “Bu günə qədər daşınan yüklərin ümumi həcmi 15 milyon 80 min tonu keçib. Türkiyə limanlarına gələn gəmilərin daşıdığı ümumi yük 2 milyon 247 min 564 ton olub”, - deyə bildirib.

Ukrayna-Rusiya müharibəsindən sonra taxıl böhranı yaşandığını xatırladan Karaismailoğlu, dünyanın ən mühüm taxıl mərkəzlərindən biri olan Ukraynadan taxıl daşımalarının dayandığını bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sıx diplomatik fəaliyyətin aparıldığını və bunun nəticəsində yenidən taxıl daşımalarına başlanıldığını ifadə edib.

0.20288395881653