Kiyev plan hazırladı: Krım gələn il belə qaytarılacaq

 

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Kiyevin Krımı 2023-cü ildə qaytarmaq planlarını açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Yermak 2023-cü ilin Ukrayna üçün həlledici il olacağını proqnozlaşdırıb. “Biz ərazimizi geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Başa düşürəm ki, bu çətin və gərgin iş olacaq. Böyük, igid xalqımız mübarizəni davam etdirəcək. Əminəm ki, gələn il həqiqətən də qələbə ili olacaq”, - deyə Zelenskinin ofisinin rəhbəri bildirib .

Qələbə Krımın qaytarılmasını ehtiva edib-etmədiyini soruşduqda, o, “Tamamilə” cavabını verib.

ABŞ administrasiyası isə Ukrayna prezidenti Vladimir Zelenskinin yarımadanın qaytarılması vədini dəstəkləməyib və əksər analitiklərin fikrincə, bu missiya Ukrayna ordusu üçün çətin olacaq.(Publika.az)

0.20696902275085