Ukrayna Baş Qərargahı Rusiyanın hərbi itkilərini açıqladı

 

Ukraynada müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 102 050 hərbçisi məhv edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 011 tank, 6 010 zirehli maşın, 1 706 operativ-taktiki PUA, 1 991 artilleriya sistemi, 418 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 16 gəmi, 267 helikopter, 653 qanadlı raket, 4 635 avtomobil və tanker, 170 xüsusi texnikadan ibarətdir.

0.38946390151978