KİV: “Kursk aerodromunda partlayış olub”

 

Dekabrın 25-nə keçən gecə Rusiyanın Kursk şəhərində “Xalino” aerodromunun yaxınlığında silsilə partlayışlar baş verib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Rusiyanın yerli teleqram kanalları məlumat yayıb.

Yerli “Tipiçnı Kursk” teleqram kanalı aerodrom ərazisində “partıltılar”ın olduğunu bildirib.

Artıq sosial şəbəkədə müşahidə kameraları tərəfindən çəkilmiş və partlayış səslərinin aydın eşidildiyi video da peyda olub. Görüntülərə əsasən, “partıltılar” səhər saat 3.30 radələrində baş verib.

0.19432687759399