Rezidenturaya qəbul olanların qeydiyyatına start verilir

 

21 sentyabr saat 12:00-da ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesinə start veriləcək. 

elm və Təhsil Nazirliyindən Demokratikmusavat.com -a verilən məlumata görə, qəbul olan namizədlər //portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 

Qeydiyyat prosesi 26 sentyabr saat 23:59-da yekunlaşacaq. 

Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

0.20106720924377