Xalq artisti Arif Quliyev haqqında - "Şokdayam, bu qədər itki, dərd olmaz - VİDEO

 

Xalq artisti Naibə Allahverdiyeva İnstaqramda video yayımlayaraq həmkarı Arif Quliyevin vəfatından danışıb.

Demokratikmusavat.com axşam.az-a istinadən xəbər verir ki,  göz yaşlarını saxlaya bilməyən aktrisa son günlər dünyasını dəyişən sənət adamlarından danışıb:

"Bilmirəm nə deyim. Şokdayam, bu qədər itki, dərd olmaz. Hər gün birinin ölüm xəbərini eşidirsən. Hər gün bir dostun gedir. Hər gün sənət adamlarından kimsə ölür. Əvvəl şəhidlərimiz, indi də sənət adamlarımız. İstedadlı, ən gözəl insanlarımız gedir. Dözmək olmur, çox çətindir. Özünüzü qoruyun, əziz sənət dostlarım".

Demokratikmusavat.com

0.15110397338867