Müğənninin uşağı barədə məlumat qeyri-adi üsulla verildi - FOTO

 

34 yaşlı britaniyalı ifaçı Elli Qoldinq buyaxınlarda ilk dəfə ana olub. O, uşağın cinsi və adı ilə bağlı məlumatı bir müddət gizli saxlayıb.

Bu gün isə ifaçının həyat yoldaşı 29 yaşlı art diler Kaspar Joplin sirri açıb.

Demokratikmusavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Karavan" xəbər yayıb. 

Joplin "The Times" qəzetində "Doğumlar, evliliklər və ölümlər" bölməsində elan verib, elanın sürətini isə özünün "Instagram" hesabında paylaşıb.

Məlum olub ki, cütlüyün oğlu olub. O, Artur Ever Vinter Joplin adlandırılıb.

Demokratikmusavat.com

0.19014811515808