Makronun düşmənçilik xəstəliyi sonunu gətirəcək

 
Makronun düşmənçilik xəstəliyi sonunu gətirəcək

Ermənistanı silahlandırmaq məhvə sürükləməkdir

Fransanın Ermənistanı silahlandırması birbaşa Azərbaycan dövlətinə qarşı yönəldilmiş düşmənçilikdir. Bu, tək Azərbaycan dövləti üçün yox, eyni zamanda, Cənubi Qafqaz regionunda yerləşən ölkələr üçün böyük təhlükədir. Fransanın Azərbaycana qarşı etdiyi düşmənçilik regionda hər an alovlanmaq təhlükəsinə hazır olan müharibənin başlanmasına səbəb ola bilər.
Heç kimə sirr deyil ki, ABŞ, Avropa İttifaqı və Fransanın Cənubi Qafqaz regionuna, xüsusən Ermənistana region dövlətlərinin razılığı olmadan, zorla daxil olmaq cəhdi ilk növbədə regionda maraqları və təhlükəsizlik qayğısı olan Rusiyanı sıxışdırıb Ermənistandan çıxarmaq və özünə yer etdikdən sonra region dövlətlərinə nəzarəti öz əlinə almağa xidmət edir.
Qərb dövlətlərinin Cənubi Qafqaz regionuna daxil olmaq istəyi onların çoxdan tərtib etdikləri planın tərkib hissəsidir və hazırda, bu regiona tələm-tələsik Ermənistandan daxil olmaqla, Qərbin iki əsas məqsədi var. Birincisi, Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukraynaya kömək etmək, Rusiyanın Ukraynaya hərbi hücumlarını, ən azı, parçalamaqla 2 cəbhəyə bölmək və Cənubi Qafqazda yerləşən Rusya ordusunu Ermənistandan çıxarmaq və Cənubi Qafqazda Rusiyaya ikinci hərbi cəbhə açmaq.
İkincisi, Fransanın təcavüzkar Ermənistanı himayə etməsi, Hidistan vasitəsilə silahlandırması, son 20 ildə hərbi-iqtisadi güc qazanıb, Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarını azad edən, Cənubi Qafqazda lider dövlətə çevrilmiş Azərbaycan üzərinə düşməncəsinə həmlə etmək və Ermənistanın məkrli məqsədini: - erməniəsilli vətəndaşlara Azərbaycanda status verilməsini təmin etmək və ermənilərin məkrli ərazi iddiasını həyata keçirmək məqsədi daşıyır.
Qeyd edim ki, Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətilə məşğul olduğu hazırkı vaxtda Ermənistanın hesabına Cənubi Qafqaza daxil olmaq istəyi boş xülyadan başqa bir şey deyil! Bu cür yanlış hərəkətlər regionda mövcud olan müharibə mühitini dramatikləşdirmək və ilk növbədə Ermənistanın özü üçün böyük fəlakətə yol açmaqdır.
Çünki regionda Rusiyadan savayı, Türkiyə və İran, o cümlədən güclü Azərbaycan dövlətinin özlərinin təhlükəsizlik proqramı mövcud olduğu hər kəsə yaxşı məlumdur. Bu ölkələrin razılığı olmadan və Cənubi Qafqazda əsas hesablaşmalı güc olan Azərbaycana qarşı düşmənçilik etmək şərtləri daxilində regiona Qərbin, xüsusən Fransanın daxil olması arzuolunmaz nəticələrə gətirib çıxarar.
Ermənistan Rusiya ilə müttəfiqlikdən, KTMT üzvlüyündən imtina edib, hələ bu barədə rəsmi heç bir sənəd yoxdur, Fransa və ABŞ-nin yanında yer alması dünya ermənilərinin xəyanətkar xislətinə tam sadiq olduğunu nümayiş etdirən bariz nümunədir. Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradan Rusiyanı Qərb dövlətlərinə dəyişib satması tarixlərdə ilk hal deyil, eyni zamanda, ABŞ və Fransanın Azərbaycana ardıcıl həmlə edib, diş qıcaması hesabına erməniəsilli Azərbaycan vətəndaşlarına status alacağına güvənməyin təzahürüdür.
Ermənistanın Qərb himayəçiləri dünyada bir hadisəyə ikili standart tətbiq edərək, beynəlxalq qanunların işləmədiyini  iddia edərək, onların tərəfini tutanların haqlı olduğunu, haqqı müdafiə edənlərin isə haqsız olduğunu həyasızcasına iddia edirlər.

Hazırda Rusiyanın Ukraynaya uğursuz hərbi təcavüzü nəticəsində zəif düşməsi reallıqdır. Belə şəraitdə Ermənistanı Rusiyanın nəzarətindən yalnız hərbi təcavüzlə çıxarmaq mümkündür. Amma Ermənistanın Qərb himayəçiləri, ələlxüsus Fransa Cənubi Qafqazı Ermənistan vasitəsilə asan girə biləcəyini düşünməsi çox ciddi səhvdir. Yuxarıda qeyd etdiyim kimi, Cənubi Qafqaz regionu sahəsi vur-tut 29 milyon kv. km olan təkcə Ermənisyandan ibarət deyil. Regionda Rusiyadan başqa, Türkiyə və İran kimi güclü dövlətlər, o cümlədən güclü Azərbaycan dövləti olduğunu unutmaq olmaz.
Əvvəla, nəzərə almaq lazımdır ki, Ermənistan Qərbə meylləndikdən sonra regionun bütün dövlətləri arasında inam və etibarını tam itirib. Eyni zamanda, region dövlətləri arasında təcavüzkar ölkə kimi tanınır. Üstəlik, Ermənistan Türkiyə və Azərbaycan dövlətlərinə qarşı absurd ərazi iddiası edən təcavüzkar oyuncaq ölkədir. Halbuki, Ermənistan özü qədim Azərbaycan torpaqları olan 11 mahalın torpaq mülkü üzərində yerləşir. Bu fakt qarşısında utanmaq, çəkinmək əvəzinə, Fransa başda olmaqla, Ermənistanı müdafiə edən əsas ölkələr islamafobya - türkfobyanın sürətlə inkişaf etdiyi xristian Qərb dövlətləridir...
Fransanın ağılsızlığı ilə dünyada ad çıxarmış Makron kimi şəxsin başçılıq etdiyi hazırkı hökumət təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda Azərbaycan dövlətinin əleyhinə yürütdüyü siyasətin yanlış olduğunu dərk edib, təcavüzkar iddialardan geri çəkilməlidir. Əks təqdirdə, Fransanın dünyada həyata keçirdiyi beynəlxalq vasitəçilik missiyası üzərindən birdəfəlik xətt çəkilər və Fransanın beynəlxalq imicinə sarsıdıcı zərbə dəyərAzərbaycan xalqı ilə tarixi dostluq ənənəlrinə malik olan fransız xalqı və siyasətçiləri bu halla heç vaxt barışmaz. Dünya demokratiyasına böyük töhfələr vermiş mərhum Fransa prezidentləri De Qol, Mitteranın və digərlərinin ruhu Makron kimi yaramazı rahat buraxmaz.

Keçən ilin sonu və bu ilin əvvəlində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyev Fransa prezidenti Makronun iştirak etdiyi bir sıra beynəlxalq görüşlərdə, çox haqlı olaraq, iştirakdan imtina edib. Bu, həm də, əslində, təcavüzkar Ermənistanı aşıq-aşkar himayə edən Fransa prezidentinə və onu beynəlxalq mübahisəli məsələlərin həlli üçün keçirilən görüşə dəvət edən Avropa İttifaqına, ermənipərəst digər beynəlxalq missiya həyata keçirən ikiüzlü təşkilatlara açıq dərsdir! Bəli, bu hərəkətilə Azərbaycan Prezidenti sübut etdi ki, O, heç bir inkişaf etmiş ölkədən çəkinmir! Ortada təcrübə var! Beynəlxalq aləmdən utanıb çəkinmədən 27 il ATƏT-in Minsk Qrupunun tərkibində iştirak edərək, BMT TŞ-nin tərkibində iştirakları ilə qəbul etdikləri 4 Qətnaməni yerinə yetirməyən ABŞ və Fransa kimi ermənipərəst Qərb dövlətlərinin çağırışına belə, qulaq asmaq Azərbaycana lazım deyil...

Düşünürəm ki, hazırda Azərbaycan ilk növbədə güclü hərbi- iqtisadi inkişafının qayğısına qalmalıdır, beynəlxalq qanunların gözardı edildiyi, işləmədiyi məqamda özünün daxili və xarici siyasətini uğurla davam etdirməlidir, qardaş Türkiyə ilə daha dərin münasibət quraraq Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi, inkişaf etməsi və türk – islam dünyasının geniş camiəsinin yaradılması istiqamətində güclü iş aparmalıdır! İnkişaf etmiş xristian dövlətlərinin İslam - Türk dünyası üçün yaratdıqları təhlükələrin qarşısını almağa və dövlətləri qorumağa daim hazır olmaq üçün xalqımız öz birliyini qorumaqla və gücləndirməklə ciddi məşğul olmalıdır...

 

 

0.24197506904602