Ermənistan şirkətləri Tehranda fəal iştirak edirlər

 

Tehranda keçirilən "Iran Expo 2024" ixrac imkanları sərgisində Ermənistandan 58 şirkət iştirak edir.

Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Hovakimyan Çabahar azad iqtisadi zonasının pavilyonuna baş çəkib, onun icraçı direktoru burada işgüzar əməkdaşlıq perspektivlərini təqdim edib.

Qeyd olunur ki, Ermənistan Hindistan və Cənub-Şərqi və Şərqi Asiya ölkələri ilə ticarəti gücləndirmək üçün Çabahar limanında operator məntəqəsi açmaq üzərində işləyir.

İran sərgisi şirkətlərə məhsullarını ixrac etməyə və yeni bazarları kəşf etməyə kömək etmək məqsədi daşıyan beynəlxalq ticarət tədbiridir. Tədbirdə 70-ə yaxın ölkədən 1000-dən çox xarici iş adamı və sənayeçi iştirak edir. Aprelin 27-də başlayan sərgi mayın 1-dək davam edəcək.

0.23977208137512