Meningit epidemiyası bu ölkədə 85 can aldı

 

Nigeriyada ilin əvvəlindən bəri meningit epidemiyasından ölənlərin sayı 85-ə yüksəlib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Yobe əyalətinin səhiyyə komissarı Muhammad Lawan Qana açıqlamasında bildirib ki, xəstəliyə tutulan 2510 nəfər müalicə olunaraq xəstəxanadan evə buraxılıb.

Nigeriya hökuməti 2030-cu ilə qədər meningitə qalib gəlmək üçün yeni tədbirlər gördüyünü açıqlayıb.

Qeyd edək ki, meningit baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədəni təsir edə bilər.

 

 

0.17299008369446