Dünyada ən çox ayaqqabı satan 5 ölkə - 105 milyard dollar

 

Dünyaya ən çox ayaqqabı satan 5 ölkə - 105 milyard dollar
2023-cü ilin nəticələrinə əsasən, Çin, Vyetnam və İtaliya dünya bazarına ən çox ayaqqabı tədarük edib, 

 Qaynarinfo xəbər verir.

Çin siyahıda lider olub. 2023-cü ildə ölkə xaricə 53 milyard dollarlıq ayaqqabı satıb. Vyetnam və İtaliya dünya bazarına müvafiq olaraq 20 milyard dollar və 15 milyard dollarlıq məhsul verib.

Ötən ilin sonunda xaricə ayaqqabı satışı üzrə ilk 5 ölkə arasında Almaniya (11 milyard dollar) və İndoneziya (6 milyard dollar) da qərarlaşıb. 

Ümumilikdə beş ölkə 105 milyard dollarlıq ayaqqabı ixrac edib.

İlk "beşlik" son 9 il ərzində dəyişməz qalıb. İstisna 2019-cu ildə İndoneziyanın Fransanı keçməsi olub.

 

0.19549107551575