Türkiyədə axtarışda olan minlərlə şəxs saxlanıldı - VİDEO

 

Türkiyənin 81 vilayətində təşkil edilən və dörd gün davam edən “Çember-17” əməliyyatları zamanı axtarışda olan 2 min 756 qaçaq şəxs saxlanılıb.

 Bu haqda Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.

Məlumata görə, saxlanılanlardan 2 min 736 nəfərin beş ilədək, 14 nəfərin beş ildən on ilədək, altı nəfərin isə on ildən artıqdır axtarışda olduğu üzə çıxıb.

Həmin şəxslərdən 456-nın oğurluq, 398-nin narkotik vasitələr, 316-nın qaçaqmalçılıq və mütəşəkkil cinayətlər, 228-nin dələduzluq, 96-nın talama, 75-nin seksual xarakterli cinayətlər, 30-nun qətl, 19-nun terrorçuluq və 1 138-nin digər cinayət maddələri üzrə axtarışda olduqları müəyyən edilib.

 

 

 

0.17608213424683