Baş nazir prezidenti satqınlıqda və xəyanətdə ittiham edib

 

Gürcüstan  prezidenti Salome Zurabişvilini satqındır və dövlətin milli maraqlarına xəyanət yolunu seçib.

Ölkə.Az xəbər  verir ki, belə bir bəyanatla Gürcüstanın baş naziri İrakli Kobaxidze çıxış edib.

“Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstanın prezidenti adlandırılan şəxs sözün əsl mənasında, sadəcə olaraq, bu ölkənin satqınıdır. O, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Zurabişvilinin ölkə prezidenti postunu tutması da üzücüdür. Bunun üçün o, gürcü xalqından “şəxsən üzr istəyib”.

Bundab əlavə, hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili deyib ki, Gürcüstan 2030-cu ildə Avropa Birliyinə üzv olacaq.

Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqdə çıxış edən İvanişvilinin fikrincə, azad, müstəqil, suveren, vahid və inteqrasiya olunmuş Gürcüstan gürcülərin mütləq gerçəkləşəcək arzusudur. 

Siyasətçi söz verib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə Aİ-yə üzv olacaq.

Mürtəza
Ölkə.Az

0.23955702781677