Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 269manat olmaqla Qubada qeydə alınıb. Ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb.
İkinci yerdə 247 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 17,3 % çoxdur.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 237 manat olmaqla Bakı tutub. Paytaxtda orta qiymət illik müqayisədə 25 % artıb.
Qəbələdə 5 ulduzlu hotellərdə bir gecə qalmaq 206 manata (4 % çox), Lənkəranda 170 manata (1,4 % çox), İsmayıllıda 155 manata (ötən ilin eyni dövründə rayonda 5ulduzlu hotel olmayıb), Şabranda 154manata (16,8 % çox), Qaxda 153 manata ( 3,3 % artıb), Qusarda 109 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb) başa gəlib.