2 ayda xaricə 771 ton mis satmışıq - Ölkəyə nə qədər valyuta gətirib?

 

Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 771 ton miqdarında mis və ondan hazırlanan məmulatlar satıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 5 milyon 309 min ABŞ dolları dəyərində olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 38 ton (5,1%), dəyər ifadəsi ilə 739 min ABŞ dolları (16,1%) çoxdur. 2023-cü ilin ilk iki ayında bu, 733 ton miqdarında, 4 milyon 570 min ABŞ dolları dəyərində olub.

 

0.19603991508484