Tornado ABŞ-nin Oklahoma ştatının Sulfer şəhərini faktiki olaraq yer üzündən silib.
Demokratikmusavat.com xarici mediaya istinadən xəbər verir ki, 5000-dən çox insan evlərini itirib. Qurbanların sayı müəyyənləşdirilir.
"The Washington Post" qəzetinin yazdığına görə, tornado Oklahoma ştatının bir neçə icmasında onlarla ev və binanı dağıdıb, avtomobillərə ziyan vurub.
Nəticədə biri uşaq olmaqla azı 4 nəfər həlak olub, ən azı 30 nəfər yaralanıb.
Oklahoma qubernatoru Kevin Stit ştatda fövqəladə vəziyyət elan edib.
Şəhərin mərkəzindəki bütün müəssisələr dağılıb.