AŞPA Kosovonun Aİ-yə üzv qəbul olunmasını tövsiyə edib

 

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər və demokratiya komitəsi Kosovonun Avropa İttifaqına heç bir əlavə ilkin şərt olmadan tamhüquqlu üzv kimi qəbul olunmasını tövsiyə edən sənədi təsdiqləyib. 

Demokratikmusavat.com AZƏRTAC-a  istinadən xəbər verir ki, Kosovo Prezidenti Vyosa Osmani ölkəsinin Aİ-yə üzvlüklə bağlı daha bir addım atdığını deyib.

“Ölkəmizin ittifaqa tamhüquqlu üzvlüyü vasitəsilə Kosovo vətəndaşlarının Aİ alətlərinə lazımi şəkildə çıxışını təmin etmək üçün işləməyə davam edəcəyik”, - deyə Vyosa Osmani bildirib.

Qeyd edək ki, aprelin 18-də AŞPA-da Kosovonun Aİ-yə üzvlüyünə dair səsvermə keçiriləcək. Kosovonun ittifaqa üzvlüyü ilə bağlı yekun qərar isə may ayında Avropa İttifaqının Nazirlər Şurasının iclasında veriləcək.

Xatırladaq ki, Kosovo 2022-ci il mayın 12-də Aİ-yə üzvlük üçün rəsmi müraciət edib.

0.16504502296448