2004-2007-ci illərdə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri vəzifəsində çalışan 75 yaşlı Rodriqo Rato çoxsaylı ittihamlarla mühakimə olunur.
"Ölkə.Az" xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Madriddə həbs edilmədən mühakimə olunan R. Rato üçün ümumilikdə 63 il həbs istəyib. 11 müxtəlif maliyyə cinayətinə görə 53 il, çirkli pulların yuyulmasına görə 6 il və kommersiya korrupsiyasına görə 4 il həbs istənib.
Prokurorluq həmçinin 20 milyon avrosu vergi cinayətlərinə görə olmaqla 42,4 milyon avro cərimə tətbiqi istəyib.
Qeyd edək ki, keçmiş BVF rəhbəri daha sonra "Bankia" bankının baş direktoru (2010-2012), eyni zamanda Maliyyə Naziri (1996-2000) və İqtisadiyyat Naziri (2000-2004) vəzifələrində çalışıb.
Könül
Ölkə.Az