Üzgüçülük müəllimi hovuzda boğulub öldü

 

Çində üzgüçülük üzrə məşqçi hovuzda nəfəs tutma hərəkəti edərkən ölüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 24 yaşlı kişi nəfəsini tutaraq məşq edib, həmkarları hovuzun yanında olublar və baş verənləri lentə alıblar. Üzgüçü suya qərq olub və üç dəqiqə sonra huşunu itirib.

Hovuz işçiləri çəkilişləri davam etdirib və baş verənlərə fikir verməyiblər. Hovuzu ziyarət edənlərdən biri nəyinsə səhv olduğundan şübhələnərək üzgüçülərə məşqçinin özünü pis hiss etdiyini bildirib.

Hadisə yerinə təcili yardım çağırılsa da, zərərçəkmişi xilas etmək mümkün olmayıb. Üzgüçünün yaxınlarının sözlərinə görə, həmkarları baş verənləri zarafat kimi qəbul edib və buna görə də ona ilkin tibbi yardım göstərməyiblər.

 

0.28078007698059