Azərbaycanda çörək şirkətinə müfəttiş seçiləcək

 

“Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Ölkə.Az” xəbər verir ki, yığıncaq cari ilin iyunun 30-da 10.00-da baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin 2023-cü il üzrə illik hesabatının müzakirəsi və təsdiqi, 2023-cü ilin nəticələri üzrə dividendlərin verilməsi və müşahidə şurasının müfəttişinin seçilməsi məsələləri daxildir.

Könül
Ölkə.Az

 

0.20546889305115