SSRİ dövründən bəri ilk dəfə Rusiya və Şimali Koreya arasında turist qrupları mübadiləsi aparılıb.
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov bildirib.
“SSRİ dövründən bəri biz ilk dəfə olaraq Primorsk diyarından, Kalininqrad vilayətindən və ölkəmizin digər bölgələrindən turist qrupları mübadiləsi apardıq", - nazir söyləyib.
Həmçinin, onun sözlərinə görə, Rusiya və Şimali Koreya kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı müzakirə edir.