İranda 10 yaşlı qız həmyaşıdını öldürüb

 

Tehranda 10 yaşlı əfqanəsilli qız bıçaqla öz həmyaşıdını qətlə yetirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, hadisənin üstü indi açılsa da, yanvarın 31-də baş verib. Belə ki, üç il qonşuluqda yaşayan iki azyaşlı qızcığaz telefon üstündə mübahisə ediblər. Daha sonra milliyətcə əfqan olan qız onu bıçaqlayıb.
Bildirilib ki, cinayəti törədən azyaşlının psixoloji vəziyyəti ağır olub. Bununla yanaşı, uşağın telefonunda qətl və zorakılıq səhnələri ilə dolu videolar aşkarlanıb.

0.33898305892944