11 küçə və prospektdə tıxac var - SİYAHI

 

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.  

Bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

 

0.14399409294128