ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

 

ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib.

Demokratikmusavat.com xəbər verir ki, məhdudiyyətlər altı fiziki şəxsə, o cümlədən rusiyalı Aleksey Makarova, həmçinin 12 hüquqi şəxsə şamil olunacaq.

Onların arasında Rusiyanın “STG Logistic” şirkəti də var.

Xatırladaq ki, martın 25-də Amerika hakimiyyəti iki fiziki şəxs və 15 şirkəti Rusiyanın sanksiyalar siyahısına əlavə edib.

 

0.28546094894409