Paşinyan hökumətində fikir ayrılığı dərinləşir: Biri Qəb, digəri Rusiya deyir...

 

Ermənistanın mövcud daxili və xarici siyasət məsələlərində Paşinyan komandasında əvvəlki birlikdən əsər-əlamət yoxdur. Nəticədə hakimiyyət daxilində müxtəlif qruplaşmalar yaranıb.

Ən ciddi qruplaşma isə Nikol Paşinyanla Təhlükəsizlik Şurasının katibi suriyalı erməni klanının təmsilçisi Armen Qriqoryan arasındadır. Hazırda ən ciddi mübarizə bu iki qütb arasında gedir. Baxmayaraq ki, Qriqoryan davamlı olaraq qərbpərəst mövqe sərgiləyərək Rusiya əleyhinə bəyanatlar verən şəxs olub.

Lakin Ermənistanın Aİ üzvlüyünə namizəd məsələsində o Paşinyanın istəyinə qarşı çıxaraq Avropaya inteqrasiyanın əleyhinə çıxıb.

"Hraparak"ın yazdığına görə, Ermənistanın Avropa İttifaqına inteqrasiyası məsələsi hakim komandanın qapalı görüşündə ciddi müzakirə edilib. Müzakirə zamanı komanda üzvləri arasında ciddi mübahisə və  ixtilaf yaranıb. 

Komanda yoldaşlarının çıxışlarını dinləyən Nikol Paşinyan ağrı və təəssüf hissi ilə qeyd edib ki, Aİ üzvlüyünə namizədin təqdim olunması ilə bağlı konsensus formalaşmır və bu, Ermənistanın inkişafını bir neçə dəfə ləngidir. 

Paşinyan qətiyyətli şəkildə Ermənistanın geosiyasi istiqamətinin şimaldan qərbə dəyişməsinin tərəfdarı kimi çıxış edir. Nə qədər təəccüblü görünsə də, qərbpərəst mövqeyi ilə seçilən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyanın Avropa inteqrasiyasına qarşı çıxıb.

Qriqoryan Ermənistanın inkişafını Qərbə inteqrasiyada deyil, regional formatda təsəvvür etdiyini bildirib. O deyib ki, bu gün Ermənistan iqtisadiyyatının Rusiya iqtisadiyyatından asılı olması, kənd təsərrüfatı məhsullarının bu ölkəyə istehlak edilməsidir. Digər tərəfdən isə Ermənistanın istehsal etdiyi məhsullar Avropa bazarlarının standartlarından uzaqdır. 

Paşinyan isə buna qarşı çıxaraq deyib ki, Ermənistan Rusiya bazarını yerli fermerlərə və təsərrüfat subyektlərinə bağlayacağıq, onlar da məcbur olub yüksək keyfiyyətli məhsul təqdim etməli olacaqlar.

Parlamentin vitse-spikeri Ruben Rubinyan ilk dəfə öz mövqeyini bildirib və bu məsələdə tələskənliyin Ermənistan üçün dağıdıcı ola biləcəyini vurğulayıb. 

Onu da qeyd edək ki, həmin qapalı iclasda parlamentin spikeri Alen Simonyan iştirak etmədiyindən onun qruplaşmasının üzvləri sadəcə Paşinyanın xarici siyasət kursu ilə razılşamadıqları məqamların olduqlarını dilə gətiriblər.

Siyasi ekspertlər istisna etmirlər ki, Paşinyan iqtidarı reytinqinin aşağı düşdüyünü anlayaraq, növbəti seçkilərdə idarə oluna biləcək əks çəkiyə malik komanda daxilində “müxalifət” qüvvəsi formalaşdırmaqla vəziyyətdən uduşla çıxmaq istəyir. Amma istənilən halda artıq Paşinyan komandasında ciddi çatlar yaranıb və bu getdikcə dərinləşməkdədir.

 

0.15442705154419