"Qarabağ" Avropa liqasında mübarizəni dayandırdı

 

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb. 

Ölkə.az-ın məlumatına görə, komanda 1/8 final mərhələsinin cavab matçında "Bayer 04"ə uduzub - 2:3.


***

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb. 

Ölkə.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.


***

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"Ölkə.az" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

0.14035511016846