Yeni ərazi ələ keçdi, Putin generalları qəbul etdi - Peskov detalları açıqladı

 

Putin Rusiya hərbçilərini Avdeyevkanın tam ələ keçirilməsi münasibətilə təbrik edib. O, Kremldə müdafiə naziri Sergey Şoyqunun Avdeevkanın ələ keçirilməsi ilə bağlı məruzəsini dinləyib. 

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. 
"Prezident belə mühüm qələbə, belə uğur münasibətilə hərbçilərimizi, döyüşçülərimizi təbrik etdi", - o söyləyib.

Peskovun sözlərinə görə, Şoyqu və Gerasimov əməliyyatın gedişi barədə üç dəfə, tam nəzarət barədə isə nahardan sonra məlumat veriblər.

O qeyd edib ki, Rusiya hərbçilərinin Avdeyevkanı təmizləməyə başlaması bir neçə saat çəkdi və düşmən döyüş mövqelərini tərk edərək kütləvi köçə başladı.

Qeyd edək ki, Avdeyevka Ukraynanın Donetsk vilayətində şəhərdir. Burada dəmiryol stansiyası var. Koks-kimya, elektromexanika, keramika, dəmir-beton məmulatı zavodları, dəmiryol nəqliyyat müəssisələri və s. mövcuddur. 2021-ci ildə şəhər əhalisinin rəsmi olaraq təxminən 31,940 nəfər olduğu qeyd edilib, lakin 2017-ci ilin yanvar ayında "BBC Nyus"un hesabatında şəhər əhalisinin təqribən 16–22 min nəfər olduğunu bildirilib.

Ölkə.Az

0.1498749256134