Bitkoinin bazar dəyəri 1 trilyon dolları keçdi

 

2023-cü ilin oktyabrından etibarən 80%-dən çox dəyər qazanan bitkoinin bazar dəyəri 1 trilyon dolları keçib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə “CoinMarketCap” portalının məlumatında qeyd olunub.

Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri isə 2,7% artaraq 1 trilyon 930 milyard dolları keçib.

Ümumilikdə, bitkoinin dəyəri 2021-ci ilin dekabrından bəri ən yüksək həddə çataraq 51 min 493 dollar olub. Bitkoinin həftəlik dəyər qazancı da 20%-i keçib.

Könül
Ölkə.Az

 

 

0.51812195777893