Bu, sülhün bərqərar olması üçün ən mühüm amildir - Ağazaryan

 

"Yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün heç bir ilkin şərt görmürəm. Düşünürəm ki, sülh üçün ilkin şərtlər var, amma vaxt haqqında heç nə deyə bilmərəm".

Ölkə.Az xəbər verir ki, bunu erməni deputat Ovik Ağazaryan deyib.

Yaranmış mövcud durumu şərh edən deputat deyib: “Birincisi, bir-birimizlə ikitərəfli dialoqa başlamağımızdır. İkincisi, müharibəyə başlamaq üçün heç bir səbəb yoxdur. Bu, sülhün bərqərar olması üçün ən mühüm amildir.

Bu mənada indi elə bir vəziyyət yaranıb ki, istəsək də, istəməsək də sülh şəraitində yaşamalıyıq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm, bu, illər çəkə bilər, çünki bu sənəd Azərbaycan üçün sərfəli deyil. Və bu sənəd olmadan dünyada hər şey ola bilər və Bakı hansısa bəhanə ilə Türkiyə ilə birlikdə indi həlli mümkün olmayan məsələni həll etməyə cəhd edə bilər”, - Ağazaryan  deyib

Mürtəza
Ölkə.Az

0.14933896064758